PDVSA prezidentdən tapşırıq aldı

PDVSA prezidentdən tapşırıq aldı

Venesuela prezidenti Nikolas Maduro dövlət neft-qaz şirkəti “PDVSA”ya neft hasilatını artırmağı tapşırıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, tapşırığa əsasən, gündəlik neft hasilatı 1 milyon barel artırılmalıdır.

Maduronun fikrincə, “bu asan tapşırıqdır”.

Qeyd edək ki, “qara qızıl” Cənubi Amerika ölkəsinin başlıca ixrac məhsuludur. Odur ki neft qiymətlərinin ucuzlaşması sosial-iqtisadi böhranının gərginləşməsinə səbəb olub.

Cari ilin oktyabr ayında Venesuelada 28 ildə ilk dəfə olaraq gündəlik neft hasilatı 1,95 barelə qədər azalıb. Bu isə sentyabr ayına olan göstəricilərlə müqayisədə 130 min barel daha azdır.

OilGas.az

456 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ