Paytaxtda nə qədər neft və qaz hasil olunub? – Statistika

Paytaxtda nə qədər neft və qaz hasil olunub? – Statistika

2017-ci ilin yanvar-iyul ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15,1 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 5,8% azalıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 22,2 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 10,8 mlrd. kubmetr təşkil edib.

Neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 1,4% azalıb. (APA)

OilGas.az

345 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ