Park vəziyyətindəki avtomobil bomba kimi partladı: yaralı var – VİDEO

Park vəziyyətindəki avtomobil bomba kimi partladı: yaralı var – VİDEO

Yanacaqdoldurma məntəqəsinin avtomobil dayanacağında park edilmiş maşın bomba kimi partlayıb.

OilGas.az xəbər verir ki, hadisə Ankarada qeydə alınıb. Arxa oturacağında qaz balonu olan avtomobilin sürücüsü maşına əlində yanılı siqaretlə əyləşib. Sürücü mühərriki işə salan zaman qaz balonu partlayıb. Partlayışdan dərhal sonra yanacaqdoldurma məntəqəsinin işçiləri yaralı sürünü maşından uzaqlaşdırıblar.

Xoşbəxtlikdən balondakı yanğın avtomobilə keçmədən vətəndaşlar tərəfindən söndürülüb.

Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Ağır yaralı olan sürücü xəstəxanaya çatdırılıb. Qaz sızdırmağa davam edən balon maşından çıxarılıb.

1026 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ