“Palçıq pilpiləsi”ndəki özül əsaslı təmirdən sonra istismara verilib

“Palçıq pilpiləsi”ndəki özül əsaslı təmirdən sonra istismara verilib

“Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən OilGas.az-a bildirilib ki, şirkətin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılıb, pilləkənlər və məhəccər çəpəri tikilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

OilGas.az

201 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ