Öz ağırlığının 90 qatı qədər nefti sudan ayırır – Yeni maddə istehsal edildi

Öz ağırlığının 90 qatı qədər nefti sudan ayırır – Yeni maddə istehsal edildi

Tədqiqatçıların hazırladığı yeni maddə öz ağırlığından 90 dəfə çox nefti sudan ayırır və süngər kimi özünə çəkərək daha sonra yenidən istifadə üçün buraxır.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Arqon Milli Laboratoriyasının tədqiqatçıları tərəfindən istehsal edilən bu süngərəbənzər maddənin əsas xüsusiyyəti sudakı nefti özünə çəkməsidir. Lakin bu maddə fərqləndirən əsas cəhət isə öz ağırlığının 90 dəfə çox olan nefti sudan ayırmasıdır.

Süngərəbənzər maddəni hazırlayan Seth Darlinq deyib ki, bu maddəni neft və qazma əməliyyatların intensiv olduğu dənizlərdə istifadə ediləcəyi təqdirdə hər hansı bir neft sızmasına dərhal müdaxilə etmək mümkün olacaq.

394 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ