Ötən il SOCAR-ın Qaz Emalı Zavodunda 2,9 mlrd. kubmetr qaz emal edilib

Ötən il SOCAR-ın Qaz Emalı Zavodunda 2,9 mlrd. kubmetr qaz emal edilib

2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunda (QEZ) 2 918,3 mln. kubmetr təbii qaz emal olunub.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Məlumata əsasən, bu həcmdə təbii qazdan 2 866,67 mln. kubmetr təmizlənmiş quru qaz, 11,9 min ton texniki butan və 20,1 min ton qaz benzini istehsal edilib.

Qaz benzini və texniki butanın 48%-i xammal olaraq SOCAR-ın neft emalı və neft-kimya müəssisələrinə verilib, texniki butanın 52%-i isə daxili bazara satılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

39 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ