Ötən il büdcə təşkilatları 9,5 mln. manatlıq istilik enerjisi istehlak edib

Ötən il büdcə təşkilatları 9,5 mln. manatlıq istilik enerjisi istehlak edib

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1999,5 milyon kVt saat elektrik enerjisindən istifadə edilib. İstifadə edilən elektrik enerjisinin dəyəri 179,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumatda ötən il ərzində bu qurumlar tərəfindən 357,3 min Qkal istilik enerjisi, 169,6 milyon kub metr təbii qaz istifadə edildiyi qeyd olunub. İstifadə edilən istilik enerjisinin dəyəri 9,5 mln. manat, təbii qazın dəyəri isə 33,9 mln. manata bərabər olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 8,2 faiz, istilik enerjisindən 1,2 faiz, təbii qazdan 14,2 faiz çox istifadə edilib.

2017-ci ildə ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 20,9 milyard kVt.saat elektrik enerjisi istehlak edilib.

                        2017-ci ildə elektrik enerjisinin istehlakçı qrupları üzrə strukturu

500 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ