Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Ötən il “Azəri-Çıraq-Günəşli” layihəsinə nə qədər pul xərclənib? – RƏSMİ
2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 456 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 mlrd. dollar əsaslı məsrəflər xərclənib.
Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci ildə ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Shevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) şirkətlərinə məxsusdur.
MÜZAKİRƏ