Ötən il Azərbaycanda 1,3 milyon ton avtomobil benzini istehlak olunub

Ötən il Azərbaycanda 1,3 milyon ton avtomobil benzini istehlak olunub

Ötən il Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,8 milyon ton olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə istehlak 1,0 faiz artıb.

Ötən il Azərbaycanda 1,287 mln. ton avtomobil benzini istehlak olunub. Bu isə ümumi istehlakın 34,1 faizini təşkil edib.

Beləliklə ötən il Azərbaycanda avtomobil benzini istehlakı 2016-cı illə müqayisədə 1,8% çox olub.

Ümumi istehlakın 34,7%-ni və ya 1,312 mln. tonunu dizel yanacağı təşkil edib. Ötən il ölkədə dizel yanacağının istehlakı 2016-ci illə müqayisədə 26,7% çox olub.

Ümumi istehlakın 9,1 faizini və ya 345,1 min tonunu mazut yanacağı təşkil edib. Ötən il Azərbaycanda mazut yanacağı istehlakı 2016-cı ildən 49,3% daha az olub.

Ümumi istehlakın 6,1 faizini və ya 230,8 min tonunu neft bitumu, 4,8 faizini və ya 181 min tonunu neft-kimya sənayesində istifadə üçün benzin, 4 faizini və ya 152,8 min tonunu aviasiya üçün və sair ağ neft, 3,4 faizini və ya 128,4 min tonunu maye qaz, 1,1 faizini və ya 42,8 min tonunu sürtkü yağları, 2,7 faizini və ya 100,2 min tonunu isə digər neft emalı məhsulları təşkil edib.

81 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ