Ötən il AÇG-dən SOCAR-a 2,9 milyard kubmetr səmt qazı verilib

Ötən il AÇG-dən SOCAR-a 2,9 milyard kubmetr səmt qazı verilib

2017-ci ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr səmt qazı verilib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, ümumilkdə isə AÇG-dən SOCAR-a 2,9 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Shevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) şirkətlərinə məxsusdur.

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ