Ötən ay Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb

Ötən ay Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb

Ötən ay Gürcüstan 200 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

Oilgas.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin aldığı elektrik enerjisinin həcmində 10% azalma qeydə alınıb.

Noyabr ayında idxal olunan elektrik enerjisinin 60%-i Rusiya, 40%-i isə Azərbaycanın payına düşüb.

Yanvar-noyabr aylarında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1415 milyon kilovatt/saat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10% çoxdur./Report/

27 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ