Ötən ay Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub?

Ötən ay Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub?

Bu ilin dekabr ayında “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Bunu OilGas.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib. Onun sözlərinə görə, ötən ilin dekabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,9 mlrd. kV/saat olub: “Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin dekabr ayında bu rəqəm 2,2 milyard kilovat-saat təşkil edib”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib: “Azərenerji” Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb”.

OilGas.az

282 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ