OPEK+ sazişi uzadıla bilər? – BP-dən cavab

OPEK+ sazişi uzadıla bilər? – BP-dən cavab

BP şirkəti OPEK+ sazişinin uzadılması ehtimalını yüksək qiymətləndirir.

OilGas.az xəbər verir ki, bunu Bakıda BP-nin 2017-ci il üçün enerji üzrə statistik təhlili və 2035-ci ilədək proqnozlarının təqdimatında şirkətin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov deyib.

Onun sözlərinə görə, bu saziş müəyyən qədər dəyişdirilməlidir: “İlk növbədə, kvotalama rejiminə Nigeriya və Liviyanı daxil etmək lazımdır. İkincisi isə, kvotalama rejiminin effektivliyini hasilata nəzarət hesabına yox, ixraca daha çox nəzarət hesabına artırmaq lazımdır”. (Trend)

OilGas.az

263 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ