OPEK+ ABŞ-da “slans əsri”nin bitməsinə yatırım edir

OPEK+ ABŞ-da “slans əsri”nin bitməsinə yatırım edir

OPEK+ ölkələrinin nazirləri güman edir ki, ABŞ-da slans neft hasilatının artım tempinin sonu çatır.

Oilgas.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.

Məlumata görə, OPEK+ ölkələrinin bu həftə baş tutacaq iclasında neft hasilatının hazırkı səviyyəsinin endirilməsi yox, mümkün artımı müzakirə ediləcək:

“Səbəb nədir? Onlar güman edirlər ki, ABŞ-da neft hasilatının dayanmadan artım tempi gələn il ciddi şəkildə azalacaq. OPEK+ ABŞ-da slans neftinin “qızıl əsrinin” bitməsinə yatırım edir”.

Qeyd edək ki, Vyanada OPEK+ ölkələrinin iclası dekabrın 5-6-da baş tutacaq.

26 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ