OPEC+un Nazirlər Komitəsi Bakıda toplaşacaq – Tarix açıqlandı

OPEC+un Nazirlər Komitəsi Bakıda toplaşacaq – Tarix açıqlandı

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.

OilGas.az xəbər verir ki, OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

235 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ