OPEC+u nə gözləyir: Domino effektilə parçalanma?

OPEC+u nə gözləyir: Domino effektilə parçalanma?

OPEC+ sazişinin domino effektilə dparçalanmaq riski var.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir iddianı J.P. Morgan bankının ekspertləri səsləndiriblər.

Ekspertlərə görə, buna səbəb elə bu sazişin bağlanma şərtləri olacaq. Belə ki, şərtlərə əsasən, bəzi neft istehsalçıları hasilatı azaltmaq öhdəliyindən azaddırlar. Buna görə də, onlar digərlərinin hesabına varlanacaqlar. Gec və ya tez bu fakt nizam-intizamı silkələyəcək və hasilat həcmi hər yerdə yüksəlməyə başlayacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti daha 9 ay üçün uzadılıb.

OilGas.az

169 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ