OPEC Vyana sazişinin müddətini uzatmalı olacaq

OPEC Vyana sazişinin müddətini uzatmalı olacaq

OPEC üzvləri, eləcə də təşkilata daxil olmayan ölkələr neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətini uzatmalı olacaqlar.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, “Statoil” şirkətinin baş iqtisadçısı Eyrik Vernes belə hesab edir. Vernes hazırda  ABŞ-da şist neft hasilatının çox sürətlə bərpa olunmasından təəccübləndiyini gizlətməyib:

“Bu, hər barelə görə 50 dollar kimi aşağı qiymət şəraitində baş verir. Əgər neft ehtiyatları yüksək olaraq qalırsa və şist neft hasilatı tələbə uyğundursa, OPEC+ sazişin müddətini yenidən uzatmalı olacaq”.

OilGas.az

 

170 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ