OPEC+ təşəbbüsü ilə bağlı platforma yaradıla bilər

OPEC+ təşəbbüsü ilə bağlı platforma yaradıla bilər

“Azərbaycan və OPEC arasında hazırda sıx əməkdaşlıq var”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu əməkdaşlıq “OPEC+” formatında həyata keçirilir: “Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb. Bu təşəbbüsün əsas məqsədi dünyada beynəlxalq neft qiymətlərinin stabil olması, neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq idi. Bu əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər yuxarı qalxması və ən əsası onun sabitləşməsi, eyni zamanda neft bazarının tarazlaşmasına nail olunub. Bütün bu nailiyyətlər dünyada baş verən iqtisadi proseslərin daha sabit formada həyata keçirilməsi, ölkələrin iqtisadi vəziyyətinin sabitləşməsinə xidmət edib”.

P.Şahbazov bildirib ki, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi məsələsi müzakirə edilib: “Bu təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması və bu istiqamətdə digər ölkələrlə məsləhətləşmələrin aparılması və lazımı qərarların verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb”.

23 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ