OPEC+ sıralarını genişləndirir: Sazişə daha 10 ölkə qoşula bilər – SİYAHI

OPEC+ sıralarını genişləndirir: Sazişə daha 10 ölkə qoşula bilər – SİYAHI

Noyabrın 30-da OPEC+ sazişinə daha 10 ölkə qoşula bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, sazişdə Türkmənistan, Özbəkistan və bir neçə Afrika ölkəsi –Çad, Konqo Respublikası, Qana, Kot-d’ivuar, Seneqal, eləcə də Misir, Uqanda və Boliviya da yer ala bilər.

Adıçəkilən ölkələr Vyanada keçiriləcək iclasda iştirak edəcəklər. İclasda sazişin müddətinin uzadılması ehtimalıyla yanaşı, onun genişləndirilməsi məsələsi də nəzərdən keçiriləcək.

Bununla yanaşı, Kamerun daha əvvəl iştirak edəcəyini elan etsə də, son anda imtina edib.

Maraqlıdır ki, Misir və Türkmənistan OPEC və qeyri-OPEC ölkələrinin hələ mayın 25-də keçirilən iclasında iştirak etməli idi. Lakin hər iki ölkə son anda görüşə gəlməyib.

Xatırladaq ki, 2016-cı ildə OPEC və kartelə daxil olmayan ölkələr neft hasilatını azaltmaq barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulub, bu ilin may ayında müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadılıb.

OilGas.az

423 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ