OPEC sıralarını genişləndirir – Daha bir ölkə təşkilata üzv oldu

OPEC sıralarını genişləndirir – Daha bir ölkə təşkilata üzv oldu

Qvineya Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 15-ci üzvü olub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih məlumat verib.

Bundan əvvəl Qvineya neft hasilatını azaldılması barədə sazişə qoşulub. Günlük hasilatı 280 min barel olan Qvineya saziş çərçivəsində hasilatını gündəlik 12 min barel azaltmaq barədə öhdəlik götürüb.

Qeyd edək ki, OPEC 1960-cı ilin sentyabrında Bağdadda 5 ölkə tərəfindən – İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən yaradılıb.

Daha sonra təşkilata Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləmiş Ərəb Əmirliyi (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973), Qabon (1975) və Anqola (2007) üzv olub.

Ekvador 1992-ci ilin dekabrında kartelə üzvlüyünü dayandırıb 2007-ci ilin oktyabrında bərpa edib, İndoneziya 2009-cu ilin yanvarında üzvlüyünü dayandırıb 2016-cı ilin yanvarında bərpa edib, Qabon 1995-ci ilin yanvarında təşkilata üzvlüyünü dayandırıb 2016-cı ilin iyulunda kartelə geri qayıdıb.

OilGas.az

439 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ