“OPEC+ sazişini 2020-ci ilə qədər uzatmaq lazımdı” – Fedun

“OPEC+ sazişini 2020-ci ilə qədər uzatmaq lazımdı” – Fedun

“Neft hasilatını azaltmaq barədə OPEC+ sazişini bəlkə də, bütün 2019-cu il boyunca qüvvədə saxlamaq lazımdır”.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Lukoil” şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Leonid Fedun deyib.

Onun sözlərinə görə, OPEC+ sazişinin 2019-cu ildə qüvvədə qalıb-qalmaması ABŞ-dan asılıdır. Belə ki, ölkədə hasilat azalarsa, sazişdən imtina etmək mümkün ola bilər.

Xatırladaq ki, 2016-cı ilin sonunda Vyanada OPEC və kartelə daxil olmayan ölkələr (OPEC+) ümumi hasilatın gündəlik 1,8 mln. barel azaldılmasına dair razılaşıblar. Ötən ilin noyabr ayında OPEC+ ölkələri sazişin 2018-ci ilin sonuna qədər uzadılmasına qərar veriblər.

105 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ