OPEC sazişin müddətini uzadacaq? – Ekspert əsaslandırdı

OPEC sazişin müddətini uzadacaq? – Ekspert əsaslandırdı

OPEC və digər neft istehsal edən ölkələr neft hasilatının azaldılması barədə sazişin müddətini uzadacaqlar.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bir sıra ekspertlərin irəli sürdüyü bu fikrə “FGE” konsaltinq şirkətinin rəhbəri Fereydun Feşaraki də dəstək çıxıb.

Ekspert mövqeyini onunla əsaslandırıb ki, toplanan neft ehtiyatlarını sərf etmək üçün dünya iqtisadiyyatına daha çox vaxt lazımdır. Buna görə də, neft hasilatının azaldılması bu ilin sonuna, hətta gələn ilin ortalarına qədər davam etdirilməlidir.

Xatırladaq ki, Vyana sazişinin müddətinin uzadılması məsələsi may ayının 25-də müzakirə olunacaq.
OilGas.az

351 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ