Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
OPEC Rusiyanın təzyiqləri qarşısında aciz qalır – Nazir etiraf etdi
Neft hasilatının azaldılması barədə sazişdə iştirak edən OPEC üzvləri və kartelə daxil olmayan ölkələr 2018-ci ilin sonuna qədər ondan ayrıla bilərlər.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Küveytin neft naziri Əssam əl-Marzuk deyib. Onun sözlərinə görə, əgər iyun ayına təyin olunan görüşə qədər neft bazarında tələb və təklif balansı bərpa olunsa, OPEC+ iştirakçıları bu görüşdə sazişdən çıxmaq strategiyasını nəzərdən keçirə bilərlər.
“Sazişə əsasən bizim hələ tam bir ilimiz var. Lakin ehtimal var ki, iyun ayına qədər bazar bərpa olunsa, 2019-cu il başlayanadək sazişdən çıxacağıq. Rusiya tərəfindən sazişdən mümkün qədər tez çıxmaq istiqamətində təzyiqlər var”, -deyə əl-Marzuk bildirib.
Lakin nazir hesab edir ki, “qara qızıl” bazarında stabillik 2018-ci ilin sonuna doğru əldə olunacaq. Neft qiymətləri isə təxminən hazırki səviyyədə qalacaq.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) növbəti, 174-cü sammiti 2018-ci il iyunun 22-də Vyanada keçiriləcək.
Xatırladaq ki, 2016-cı ildə OPEC və kartelə daxil olmayan ölkələr neft hasilatını azaltmaq barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulub. Bu ilin may ayında müddəti 2018-ci ilin mart ayının sonuna qədər, noyabrda isə 2018-ci ilin sonuna qədər uzadılıb.
MÜZAKİRƏ