OPEC proqnozlarını yüksəldir – Qlobal neft tələbatında artım

OPEC proqnozlarını yüksəldir – Qlobal neft tələbatında artım

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2017 və 2018-ci illər üçün neft tələbatı üzrə proqnozlarını yüksəldib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, kartel aylıq hesabatında gündəlik tələbatın 30 min barel daha artıq olacağını açıqlayıb.

Yüksələn proqnozlara əsasən, 2017-ci ildə dünya üzrə neft tələbatı gündəlik 96,8 milyon barel təşkil edəcək. Bu isə 2016-cı illə müqayisədə 1,5% yüksəlmə deməkdir. 2018-ci il üzrə neft tələbatının isə gündəlik 98,19 milyon barel olacağı ehtimal edilir.

OPEC 2017-ci il üçün proqnozun yüksəlməsini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində və Çində neft tələbatının yüksəlməsilə izah edib. Gələn il üzrə tələbət göstəricilərinin yenidən nəzərdən keçirilməsi isə xüsusilə Çin və Rusiya olmaqla dünya iqtisadiyyatında perspektivlərin yaxşılaşmasıyla əlaqədardır.

OilGas.az

264 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ