OPEC neft hasilatını azaltdı

OPEC neft hasilatını azaltdı

Bu ilin mart ayında OPEC neft hasilatını gündəlik 201,4 min barel azaldıb.

OilGas.az OPEC-in yeni dərc olunmuş hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə OPEC ölkələrində gündəlik hasilat 31,958 mln. barel təşkil edib.

Bununla da OPEC neft hasilatını azaltmaq barədə Vyana sazişinə 161% əməl edib.

OPEC dünyada neftə olan tələb üzrə proqnozunu da 0,03 mln. barel yüksəldib. Beləliklə təşkilat neft tələbatının 1,63 mln. barel olacağını təxmin edib.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın energetika naziri Aleksandr Novak OPEC+ əməkdaşlığının müddətsiz ola biləcəyini açıqlamışdı.

25 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ