OPEC neft hasilatını artırdı

OPEC neft hasilatını artırdı

OPEC-ə üzv ölkələr ötən ilin oktyabr ayından etibarən ilk dəfə bu ilin may ayında neft hasilatını artırıblar.

OilGas.az xəbər verir ki, bu göstərici “S&P Global Platts” tərəfindən həyata keçirilən sorğunun nəticələrində əks olunub.

Kartel ölkələrində neft hasilatı aprel ayı ilə müqayisədə gündəlik 270 min barel artıb. Beləliklə may ayında OPEC daxilində neft hasilatı sutkada 32,12 milyon barel təşkil edib.

Sorğuda iştirak edən ekspertlər bunu Liviya və Nigeriyada hasilat həcminin qəfil artırılmasıyla əlaqələndiriblər.

Qeyd edək ki, bu ölkələr hasilatın azaldılması barədə Vyana sazişində heç bir öhdəlik götürməyiblər.

OilGas.az

268 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ