OPEC neft hasilatını artırdı – 32 milyon barel

OPEC neft hasilatını artırdı – 32 milyon barel

OPEC-ə üzv olan ölkələr ilin ilk dörd ayı ərzində neft hasilatının azaldılması barədə sazişin 96 faizini yerinə yetiriblər.

OilGas.az xəbər verir ki, aprel ayında OPEC ölkələri “qara qızıl” hasilatını gündəlik 65 min barel artırıblar. Bununla da aprel ayında gündəlik hasilat 31,78 milyon barel təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, OPEC ölkələri aprel ayı ərzində də sazişin 96%-ini yerinə yetiriblər. Lakin ötən ilin oktyabr ayı ilə müqayisədə kartelə daxil olan ölkələr neft hasilatını gündəlik 1,12 milyon barel azaldıblar.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

OilGas.az

400 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ