OPEC neft hasilatını artırdı

OPEC neft hasilatını artırdı

İyun ayında OPEC neft hasilatını 210 min barel artırıb.

OilGas.az JBC Energy araşdırma şirkətinin hesabatına istinadən xəbər verir ki, iyun ayında OPEC ölkələrində gündəlik neft hasilatı 32,54 milyon barel təşkil edib.

Yayın ilk ayında Liviya gündəlik neft hasilatını 120 min barel artıraraq 850 min barelə çatdırıb. Anqolada hasilat 30 min barel artaraq gündəlik 1,62 milyon barel təşkil edib. Səudiyyə Ərəbistanında isə neft hasilatı 50 min barel artaraq gündəlik 9,95 milyon barelə bərabər olub.

İyun ayında kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılmasıla bağlı öhdəliklərə 96 faiz əməl edib.

OilGas.az

 

238 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ