OPEC neft hasilatını 106 faiz azaltdı

OPEC neft hasilatını 106 faiz azaltdı

Bu ilin may ayında OPEC ölkələri neft hasilatının azaldılması barədə sazişin öhdəliklərini tam yerinə yetiriblər.

OilGas.az xəbər verir ki, OPEC hesabatına əsasən, ay ərzində ölkələr neft hasilatını gündəlik 1,236 milyon barel azaldıblar. Tələb olunan məhdudlaşdırma səviyyəsi isə gündəlik 1,164 milyon barel təşkil edir. Beləliklə sazişin öhdəlikləri 106% yerinə yetirilib.

Qeyd edək ki, 2016-cı ilin sonunda imzalanan razılaşmaya əsasən, OPEC ölkələri hasilatı oktyabr səviyyəsindən gündəlik 1,2 milyon barel, kartelə daxil olmayan ölkələr isə gündəlik 558 min barel azaltmalıdırlar.

OilGas.az

 

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ