OPEC martda neft hasilatını azaldıb – Gündəlik 200 min barrel

OPEC martda neft hasilatını azaldıb – Gündəlik 200 min barrel

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələr cari ilin mart ayında gündəlik neft hasilatını orta hesabla 200 min barrel azaldaraq 32 milyon 95 min barrelə çatdırıb.

Oilgas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin hazırladığı hesabatda deyilir. Hesabata görə, martda Nigeriya və Liviya neft hasilatını maksimum azaldıb. Həmin ölkələr üzrə azalma müvafiq olaraq 130 min barrel və 80 min barrel olub. Səudiyyə Ərəbistanı isə martda neft hasilatını sutkada 70 min barrel artırıb. Səudiyyə Ərəbistanı neft hasilatını artırmasına baxmayaraq OPEC üzrə götürdüyü öhdəliyə sadiq qalıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Oilgas.az

388 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ