OPEC+ iyun ayında toplaşır – Neft bazarının taleyi həll olunacaq

OPEC+ iyun ayında toplaşır – Neft bazarının taleyi həll olunacaq

“Neft hasilatının azaldılması barədə OPEC+ sazişi ən azı 2018-ci ilin sonuna qədər davam edəcək. Bununla yanaşı iştirakçı ölkələr iyunda onun müddətinin 2019-cu il üçün uzadılmasını müzakirə edəcəklər”.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri Küveytin neft naziri Bəxit əl-Rəşidi deyib.

Qeyd edək ki mart ayının sonunda İraq neft naziri Cabbar əl-Laibi bir neçə ölkənin Vyana sazişinin müddətini yarım illiyə uzatmaq istədiyini demişdi, lakin həmin ölkələrin adını açıqlamamışdı.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş 2017-ci ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub. Son olaraq sazişin müddəti 2018-ci ilin sonuna qədər uzadılıb.

93 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ