OPEC+ iştirakçıları toplanır – Texniki Komissiya görüş keçirəcək

OPEC+ iştirakçıları toplanır – Texniki Komissiya görüş keçirəcək

Neft hasilatının azaldılması barədə OPEC+ sazişi iştirakçılarının ekspertlərdən ibarət texniki komissiyası bir sıra görüşlər keçirəcək.

OilGas.az xarici mediya istinadən xəbər verir ki, avqustun 7-8-də Abu-Dabidə Komissiya saziş iştirakçılarından bəzilərilə görüşərək onlar tərəfindən sazişin öhdəliklərinin hansı səviyyədə yerinə yetirilməsini müzakirə edəcək.

Görüşlər Küveyt və Rusiyanın həmsdərliyi ilə keçiriləcək. İclasda OPEC-in sədri qismində çıxış edən Səudiyyə Ərəbistanının nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan hasilatın azaldılması barədə saziş imzalayıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb, may ayında müddəti daha 9 ay üçün uzadılıb.

OilGas.az

180 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ