OPEC+ iştirakçıları şərtlərə əməl edə bilməyəcəklər – SƏBƏB

OPEC+ iştirakçıları şərtlərə əməl edə bilməyəcəklər – SƏBƏB

Əgər neft qiymətləri tez bir zamanda yüksəlməsə, neft hasilatının azaldılmasıyla bağlı OPEC+ sazişinin iştirakçıları onun şərtlərini yerinə yetirməkdə çətinlik çəkəcəklər.

OilGas.az Trend-ə istinadən xəbər verir ki, bunu geologiya üzrə müstəqil ekspert Artur Berman bildirib.

“Saziş iştirakçıları kvotalarını artırmağa başlayacaqlar. Çünki iqtisadiyyatlarına dəstək vermək və sosial proqramları həyata keçirmək üçün onlara pul lazımdır. Elə bu səbəbdən də, qiymətlərdə əsaslı artım olmadan sazişin müddətinin daha da uzadılacağına dair ümidim çox azdır”, -deyə Berman qeyd edib.

Ekspert hesab edir ki, bazar iştirakçıları neft hasilatının azaldılması barədə sazişin anbarlarda ehtiyatların azaldılmasına və ya qiymətlərin artırılmasına lazımi təzyiq göstərmədiyi düşüncəsində həmrəydirlər. Baxmayaraq ki, sazişin şərtlərinə gözləniləndən daha yaxşı riayət olunub.

Berman qeyd edib ki, ehtiyatlar hazırki tempdə azalmağa davam edərsə 2017-ci ilin sonlarında WTI markalı neftin bir bareli 48-53 dollar, Brent markalı neftin bir bareli isə 50-55 dollar dəyərində olacaq.

OilGas.az

 

206 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ