Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“OPEC İrana sanksiyaların nəticələrini kompensasiya edə bilər” – Əl-Mazrui
“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların nəticələrini kompensasiya etmək üçün OPEC-in kifayət qədər sərbəst gücü var”
OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.
“Neft bazarında təkliflə bağlı narahat olmayın. ABŞ-ın sanksiyaları ucbatından hər hansı problemlərin baş verəcəyini düşünmürəm”,-deyə nazir qeyd edib.
Nazir OPEC-in istifadə olunmamış istehsal güclərinin həcmini açıqlamayıb. O əlavə edib ki, bu məsələ iyun ayında keçirilməsi planlaşdırılan görüşdə müzakirə olunacaq.
Əl-Mazruinin sözlərinə görə, BƏƏ neft qiymətlərində bu sahəyə investisiya yatırımlarını stimullaşdıracaq müəyyən səviyyənin əldə olunmasına çalışacaq.
MÜZAKİRƏ