Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
OPEC-in yeni prezidentinin adı açıqlandı
Növbəti ildən OPEC Konfransının prezidenti Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Süxeyl əl-Mazrui olacaq.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu qərarı təşkilatın fəaliyyətdə olan prezidenti, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih elan edib.
“Mənim müddətim (OPEC prezidenti postunda-red) başa çatır. Əlahəzrət Süxeyl əl-Mazruinin namizədliyi irəli sürülüb və o yekdilliklə OPEC Konfransının prezidenti seçilib. OPEC prezidenti kimi səlahiyyətlərinin iclasına 2018-ci il yanvarın 1-dən başlayacaq”.
Xatırladaq ki, ötən gün OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması barədə sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasına razılaşıblar. Müddətin uzadılmasına dair yekun parametrlər hələ razılaşdırılır. OPEC-in növbəti sammitinin 2018-ci il iyunun 22-də keçirilməsi gözlənilir.
MÜZAKİRƏ