OPEC-in xam neft ixracından gəliri 29% artıb

OPEC-in xam neft ixracından gəliri 29% artıb

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft ixracından əldə etdiyi gəlir illik 28,6% artaraq 2017-ci ildə 567 mlrd. dollara çatıb.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji informasiyaları administrasiyasının (EIA) hesabatında deyilir.

“Brent” markalı neftin orta qiyməti 2016-cı ildə 43,74 dollar/barel olduğu halda, 2017-ci ildə bu göstərici 54,15 dollar/barel təşkil edib. WTI markalı neftin 1 barelinin orta qiyməti isə 43,33 dollardan 50,79 dollara yüksəlib.

EIA tərəfindən OPEC ölkələrinin xam neft ixracından əldə edəcəyi gəlirin bu il 736 mlrd. dollar, gələn ildə isə 719 mlrd. dollar olacağı təxmin edilir.

İdarənin məlumatına əsasən, ötən il OPEC ölkələri arasında xam neft ixracından ən çox gəlir əldə edən ölkə Səudiyyə Ərəbistanı olub. Belə ki, ölkənin 2016-cı ildə 134 mlrd. dollar olan xam neft ixrac gəliri 2017-ci ildə illik 24,6% artaraq 167 mlrd. dollara yüksəlib. Beləliklə, Səudiyyə Ərəbistanının xam neft ixrac gəliri OPEC-in cəmi ixrac gəlirinin 29,4%-ni əhatə edib. İxrac gəlirləri üzrə ölkələrin sıralanmasında ilk onluqda İraq, BƏƏ, İran, Küveyt, Nigeriya, Qətər, Anqola, Venesuela, Əlcəzair yer alıb.

42 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ