OPEC-in sazişini kim təhdid edir? – Kartel daxilindəki təhlükə

OPEC-in sazişini kim təhdid edir? –  Kartel daxilindəki təhlükə

 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC-in neft hasilatının azaldılmasını ilin sonuna qədər dəstəkləyəcəyini açıqlayıb. Bununla da nazir neft bazarında sakitlik yaratmağa çalışıb. Eyni zamanda hər kəsi neft qiymətlərinin bahalaşacağına inandırmağa çalışıb.

Doğrudur, neft hasilatının bundan sonra da azaldılması bazara müsbət təsir göstərəcək. Lakin bu, qiymətlərin artmasına səbəb ola biləcəkmi?

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, OPEC daxilində neft hasilatının artması investorları məyus edə bilər. Hazırda kartelə daxil olan bəzi ölkələr OPEC-in Vyana sazişi üçün təhlükə təşkil edir.

Bunlardan birincisi Liviyadır. Liviya dövlət neft şirkəti hasilatı son iki ilin maksimal həddinə qədər artırdığını elan edib. Hazırda ölkədə gündəlik neft hasilatı 796 min bareldir. Bu is şübhəsiz ki neft maqnatlarının narahatlığına səbəb olur.

Bununla yanaşı Liviya güdəlik neft hasilatını 1,2 mln barelə qədər artırmağa çalışacaq. Bu demək olar ki, mümkünsüz kimi görünür. Lakin son bir neçə ay ərzində Liviyanın milli neft şirkəti gündəlik hasilatı bir gecədə 100 min, 200 min barel artırıb.

Hələ aprel ayının sonlarında Liviyada gündəlik neft hasilatının 700 min barel olması barədə məlumat yayıldı. Bir neçə gün sonra bu rəqəm 800 minə çatdı. Odur ki, Liviyanın öz məqsədinə çatacağı istisna olunmur. Əgər bu baş verərsə, sadəcə bu ölkə dünya üzrə təklifin ümumi həcmini 400 min barel artıracaq.
OPEC sazişinin effektivliyinə ziyan vura biləcək digər ölkə Nigeriyadır.

Reuters agentliyi “Royal Dutch Shell”in ilin böyük bir hissəsində çalışmayan “Trans Forcados” neft kəmərində sınaq işləri apardığını açıqlayıb.

Forcados ölkə üçün başlıca məqsədlərdən idi. Belə ki, bu kəmərlə gündəlik 200-400 min barel neft ixrac olunur. Reuters agentliyi ixracın bu həftəsonu bərpa oluna biləcəyini xəbər verib.

Hazırda hər iki ölkə daha yüksək istehsala ehtiyac duyur. Ölkələrin operativ rejimdə lazımi hasilat səviyyəsinə qayıdacaqlarına dair heç bir zəmanət yoxdur. Lakin artıq bu ildə onlar hasilatı birgə şəkildə 800 min barel artıra bilərlər.

İraq OPEC daxilində təhlükə yarada biləcək üçüncü ölkədir. Ötən il İraq gündəlik neft hasilatını 210 min barel azaltmağa razılıq verib. Tam şəkildə olmasa da, sazişin öhdəliklərini yerinə yetirməyə çalışıb.

Lakin İraq neft naziri ilin əvvəlində ölkəsinin bu il istehsalı gündəlik 5 mln barel artıra biləcəyini açıqlayıb. Bu isə İraqın öhdəlik götürdüyü gündəlik 4,35 mln barel həddindən daha yüksəkdir.

Hazırda bütün əlamətlər neft hasilatının azaldıması barədə Vyana sazişinin müddətinin uzadılacağına işarə edir. Lakin İraq bu müqavilədən çıxa və ya sazişə qoşulsa da, öhdəliklərini yenidən tam şəkildə yerinə yetirməyə bilər. Bu isə digər iştirakçıların da şərtlərə daha az riayət etməsinə gətirib çıxara bilər.

OilGas.az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ