OPEC-in “neft səbəti” bahalaşıb

OPEC-in “neft səbəti” bahalaşıb

OPEC “neft səbəti”nin qiyməti 0,63 dollar və ya 1,34% bahalaşaraq 47,48 dollara bərabər olub.

OPEC-in “səbət”i (OPEC Reference Basket of crudes) termini rəsmi olaraq 1987-ci il yanvarın 1-dən qəbul edilib. “Neft səbəti” karetlə daxil olan 14 ölkənin dünya bazarına tədarük etdiyi neft markalarının orta qiyməti kimi müyyənləşdirilir.

“Səbət”ə bu neft markaları daxildir: Saharan Blend (Əlcəzair), Girassol (Anqola), Oriente (Ekvador), Zafiro (Ekvoterial Qvineya), Rabi Light (Qabon), Iran Heavy (İran), Basra Light (İraq), Kuwait Export (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qətər), Arab Light (Səudiyyə Ərəbistanı), Murban (BƏƏ) və Merey (Venesuela).

Kartelin “səbət”i üçün tarixi maksimal hər barelə görə 140,73 dollar həddidir. Bu göstərici 2008-ci il iyulun 3-də qeydə alınıb.

OilGas.az

114 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ