OPEC-in gəlirləri aşağı düşdü: milyardlarla dollar – SƏBƏB

OPEC-in gəlirləri aşağı düşdü: milyardlarla dollar  – SƏBƏB

2016-cı ildə OPEC-ə üzv ölkələrin neft ixracından əldə etdikləri gəlir 2004-cü ildən ən minimal həddə enərək 433 milyard dollar təşkil edib.

OilGas.az xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyinin (EIA) ötən gün dərc olunan hesabatına əsasən, bu göstərici 2015-ci ildəkindən (509 milyard dollar) 15% daha azdır. Bundan əlavə, rəqəmlərə 2012-2015-ci illərdə EIA-nın hesabatında yer almayan İranın göstəriciləri də daxil edilib. 433 milyard dollardan 133 milyardı Səudiyyə Ərəbistanının payına düşüb.

Gəlirlərin belə aşağı düməsinə başlıca səbəb kimi neftin qiymətlərinin aşağı düşməsi və ixrac həcminin azaldılması göstərilir.

EIA-nın proqnozuna əsasən, OPEC-in bu il gəlirləri 539 milyard dollar olacaq. 2018-ci ildə isə göstəricilərin 595 milyard dollar olacağı gözlənilir.

OilGas.az

378 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ