OPEC-in Baş katibi: “Tunelin sonunda işıq görürük”

OPEC-in Baş katibi: “Tunelin sonunda işıq görürük”

“Neft hasilatının azaldılması barədə OPEC sazişi bazara müsbət təsir göstərir. Saziş iştirakçıları bazarın yenidən balanslaşdırılması prosesini dəstəkləməkdə qətiyyətlidirlər”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri OPEC Baş katibi Məhəmməd Barkindo bildirib.

“Qərar qəbul olunduğu andan bazarda müsbət dəyişiklik hiss olunur. Lakin yolumuzda öncədən proqnozlaşdırılmayan hadisələrin olacağı aydın idi. Başa düşməliyik ki, bazarda balansın bərpa edilməsi heç vaxt bir xətt üzrə baş verməyib. Burada həddən artıq çox faktorlar rol oynayır. Buna baxmayaraq, biz düzgün istiqamətdə hərəkət edirik”, -deyə Barkindo qeyd edib.

Baş katibin sözlərinə görə, neft ehtiyatlarının səviyyəsində də azalma müşahidə olunur. Hətta neft ehtiyatlarının azaldılması trendindən kənar qalan ABŞ-da belə emal hesabına neft ehtiyatlarında azalma nümayiş olunub.

“Bu günkü prosesə əsasən asanlıqla demək olar ki, tunelin sonunda hansısa işıq görürük”, -deyə Barkindo əlavə edib.

Oilgas.az

402 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ