OPEC-in aylıq hesabatı – Hər şey yaxşıdır, daha da yaxşı olacaq

OPEC-in aylıq hesabatı – Hər şey yaxşıdır, daha da yaxşı olacaq

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) bu gün yayımladığı aylıq hesabata əsasən, inkişaf etmiş ölkələrdə xam neft ehtiyatlarının azaldılması müşahidə edilir. Lakin ABŞ-da vəziyyət tamamilə əksinədir.

OilGas.az “Forexpf.ru”ya istinadən xəbər verir ki, hesabat neft hasilatının azaldılmasına dair Vyana sazişinin yerinə yetirilməsinin effektini tamamilə əks etdirən ilkin rəqəmlərdən ibarətdir. Bu rəqəmlərə əsasən, fevralda dünya üzrə “qara qızıl” ehtiyatları 28,3 milyon barel (0,9%) azaldılıb. Lakin bu hələ də nəzərdə tutulan miqdardan 268 milyon barel artıqdır.

“Bir neçə riskin mövcudluğuna baxmayaraq, ümumi gözləntilər gələcək aylarda neft məhsullarına təlabatın artması istiqamətindədir. Qoşulan bütün iştirakçılar tərəfindən Vyana sazişinin tələblərinin yerinə yetirilməsi bazarın stabilləşməsinə kömək etməlidir”, -deyə sənəddə qeyd olunur.

 

Bu zaman kartel bu il üçün ABŞ-da xam neftin hasilat həcmi üzrə proqnozu gündəlik 200 000 bareldən 540 000 barelə qədər artırıb. OPEC-ə daxil olmayan ölkələrdə də hasilat həcmi üzrə proqnoz  gündəlik 176 000 bareldən 580 000 barelə qədər artırılıb.

OilGas.az

420 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ