OPEC hasilatın azaldılmasına nə qədər əməl edir?

OPEC hasilatın azaldılmasına nə qədər əməl edir?

“OPEC ölkələri neft hasilatının azaldılması barədə sazişinin şərtlərini 100 faizdən daha çox yerinə yetirirlər”.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. Onun sözlərinə görə, kartelə daxil olmayan ölkələr isə öhdəliklərə 95 faizdən daha çox əməl ediblər.

“Sazişə riayət olunmasının səviyyəsi çox yüksəkdir. OPEC 100%-dən daha çox əməl edir. OPEC-ə daxil olmayan ölkələr də şərtlərə yaxşı əməl edirlər. Düşünürəm ki, 95%-dən daha çox”.

Xatırladaq ki, ötən il noyabrın 30-da Vyanada OPEC neft hasilatının oktyabr ayına olan göstəricilərdən gündəlik 1,2 milyon barel azaldılması barədə razılaşıb. Dekabrın 10-da OPEC-ə daxil olmayan 11 ölkə ümumi hasilatın gündəlik 558 min barel azaldılması barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün bağlanıb və müddətinin uzadılması ehtimalı nəzərdə tutulub.

Sazişin müddətinin uzadılması məsələsi mayın 24-də monitorinq komitəsinin nazirlər görüşündə, mayın 25-də OPEC və kartelə daxil olmayan ölkələrin görüşündə müzakirə olunacaq.

OilGas.az

403 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ