OPEC-dən tarixi qərar: “Amerika bütün dünyaya qarşı döyüşə bilməz”

OPEC-dən tarixi qərar: “Amerika bütün dünyaya qarşı döyüşə bilməz”

ABŞ OPEC-in dünənki toplantısında gündəlik neft hasilatının azaldılması haqda qərarını hiddətlə qarşılayıb.

Dünyanın əsas neft ölkələrini birləşdirən OPEC-in ötən gün Vyanada keçirilmiş toplantısında 2019-cu il yanvarın 1-dən etibarən, gündəlik hasilatın ümumilikdə 1,2 milyon barelə enidirilməsi haqda qərar qəbul edilib.

Gündəlik neft hasilatının azaldılmasına qarşı çıxan ABŞ OPEC-in bu qərarından narazılığını sərt formada ifadə edib.

ABŞ dövlət katibi köməkçisinin müavini Sandra Oudkirk OPEC-in məlum qərarını “neft bazarına yersiz müdaxilə” kimi qiymətləndirib.

OPEC-in gündəlik hasılatın azaldılmasına dair qərarını və ABŞ-ın buna etirazının mümkün nəticələrini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vaşinqtonun bu gediaşata təsir imkanları yox dərəcəsindədir:

“Bəli, ABŞ gündəlik neft hasilatının azaldılmasına qarşıdır. Amerika Səudiyyə Ərəbistanının əli ilə gündəlik hasilatın azaldılmasına imkan vermirdi.

Ancaq OPEC ölkələri reallığı nəzərə alaraq, çox mühüm bir qərar qəbul ediblər. ABŞ bu gedişatı dəyişmək imkanında deyil.

Hər halda, OPEC-də çox sayda ölkə təmsil olunur və Amerika bütün dünyaya qarşı döyüşə bilməz”.

6176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ