Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
OPEC-də fikir ayrılığı? – Nazirlər razılaşa bilmirlər
Neft hasilatçılarının hamısı neft hasilatının azaldılması barədə sazişin müddətinin daha 6 ay üçün uzadılmasına razıdırlar. Lakin heç də hamısı müddətin daha 9 ay artırılmasına tərəfdar deyillər.
OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri Küveytin neft naziri Əssam əl-Marzuk bildirib. Onun sözlərinə görə, OPEC neft hasilatının daha kəskin azaldılmasını müzakirə etmir. Belə ki, buna hazırda ehtiyac da yoxdur.
Qeyd edək ki, mayın 25-də OPEC və kartelə daxil olmayan digər neft ixrac edən ölkələr hasilatın azaldılması barədə sazişin müddətinin daha 9 ay üçün uzadılmasını müzakirə edəcəklər.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bütün saziş iştirakçılarının müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadılması barədə ön razılığa gəldiklərini açıqlayıb. O, kvotanın 1,2 mln barel əvəzinə 1,8 mln barel olması ehtimalı olduğundan da bəhs edib.
OilGas.az
MÜZAKİRƏ