OPEC+ sazişi daha 6 ay uzadıla bilər – Təklif

OPEC+ sazişi daha 6 ay uzadıla bilər – Təklif

Neft hasilatının azaldılması barədə OPEC+ sazişinin iştirakçısı olan bir sıra ölkə sazişin müddətinin 6 ay uzadılmasını təklif ediblər.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Cabbar əl-Laibi məlumat verib. Lakin nazir məhz hansı ölkələrin bu təkliflə çıxış etdiyini açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ilin sonunda Vyanada OPEC və karetlə daxil olmayan bir qrup ölkə (OPEC+) neft hasilatının sutkada ümumi 1,8 milyon barel azaldılması barədə razılaşıblar. Saziş ilkin olaraq 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulub. Saziş müddəti son olaraq 2018-ci ilin sonuna qədər uzadılıb.

54 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ