OPEC bu dəfə neft ixracını məhdudlaşdıracaq – Açıq və gizlin səbəblər

OPEC bu dəfə neft ixracını məhdudlaşdıracaq – Açıq və gizlin səbəblər

Səudiyyə Ərəbistanı OPEC ölkələrinə neftin hasilatı deyil, ixracı üzrə saziş imzalamağı təklif edir.

OilGas.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, rəsmi Ər-Riyad bu təklifi sentyabrın 22-də Vyanada kartelin görüşündə təqdim etməyi planlaşdırır.

Səudiyyə Ərəbistanının sazişlə bağlı belə bir qərar qəbul etməkdə məqsədi ondan ibarətdir ki, hasilatı məhdudlaşdırmaq neft ixracının azalmasına güclü təsir etmir. Belə bir uyğunsuzluq OPEC-in neft hasilatının azaldılması barədə razılaşmasının effektivliyini azaldır. Rəsmi Ər-Riyad hesab edir ki, neft təklifinin azaldılması qiymətlərin yüksəlməsinə səbəb olacaq.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının neft ixracının həcmini azaltmaqda marağı həm də dövlət neft şirkəti “Saudi Aramco” ilə bağlı ilkin kütləvi təklif – Initial public offering (IPO) keçirmək niyyətiylə əlaqədardır. Belə ki, neft qiymətləri yüksək olarsa, şirkətin dəyəri də artacaq.

Lakin neft bazarı iştirakçılarından heç də hamısı neft sektoruna dair məlumatı açmağa razı olmayacaq. Odur ki, onlar çətin ki bu ideyanı dəstəkləsinlər.

Xatırladaq ki, avqust ayında Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddətini daha 3 ay – 2018-ci il iyunun sonuna qədər uzatmağı təklif ediblər.

OilGas.az

 

254 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ