OPEC: “Biz nikbinik, bazar bərpa olunur”

OPEC: “Biz nikbinik, bazar bərpa olunur”

“Mövcud vəziyyəti nikbinliklə dəyərləndiririk və hesab edirik ki, qəbul etdiyimiz tədbirlər bazarın bərpasına aparır”.
OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Abu-Dabidə keçirilən konfransda OPEC sədri Məhəmməd Barkindo bildirib.
“Bizim kollektiv fəaliyyətimiz uğura aparacaq. Neft istehsalçıları da əməkdaşlığı davam etdirməlidirlər”, -deyə Barkindo vurğulayıb.
OPEC sədri qeyd edib ki, kartel artıq baş verən hadisələrə reaksiya vermək deyil, bazarı idarə etmək istəyir. Həmçinin OPEC şist neft istehsalçıları ilə qarşılıqlı fəaliyyət göstərməyə çalışır.

OilGas.az

178 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ