OPEC bir də nə zaman toplaşacaq? – Tarix bəlli oldu

OPEC bir də nə zaman toplaşacaq? – Tarix bəlli oldu

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) növbəti sammitinin keçiriləcəyi tarix açıqlanıb.

OilGas.az təşkilatın saytına istinadən  xəbər verir ki, sammit 2018-ci il iyunun 22-də Vyanada keçiriləcək. Bu, OPEC-in 174-cü sammiti olacaq.

Qeyd edək ki, 2016-cı ilin sonunda OPEC və kartelə daxil olmayan bir sıra ölkə (OPEC+) neft hasilatının azaldılması barədə saziş razılaşdırıblar. Hasilatın 2016-cı ilin oktyabr ayına olan göstəricilərlə müqayisədə ortaq şəkildə gündəlik 1,8 milyon barel azaldılmasına qərar verilib. 2017-ci ilin ilk yarımilliyi üçün bağlanan saziş bu ilin may ayında 2018-ci ilin sonuna qədər uzadılıb.

Noyabrın 30-da saziş iştirakçıları sənədin fəaliyyət müddətinin daha 9 ay – 2018-ci ilin sonuna qədər uzadılmasına razılaşıblar.

OilGas.az

420 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ