OPEC+ bazardan 350 milyon barel neft təmizləyib

OPEC+ bazardan 350 milyon barel neft təmizləyib

6 ay ərzində neft hasilatının azaldılması barədə Vyana sazişinin yerinə yetirilməsi səviyyəsi 100%-ə yaxınlaşıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Monitorinq Komitəsinin iclasının açılışında bildirib.

Nazir qeyd edib ki, ölkələr inanılmaz dərəcədə intizam göstəriblər. Hətta bəzi ölkələrdə sazişin öhdəliklərinin yerinə yetirilməsi səviyyəsi 100%-i keçib.

“Kollektiv səylər nəticəsində ilk yarımillikdə bazardan 350 milyon bareldən çox neft təklifi çıxarılıb”, -deyə Novak əlavə edib.

OilGas.az

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ