OPEC Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

OPEC Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

OPEC 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.

Oilgas.az OPEC-in aprel hesabatına istinadən xəbər verir ki, ötən ay OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,77 mln. barel olacağını proqnozlaşdırır.

Yeni proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,7 mln. barel olacaq.

Məlumata əsasən, proqnoz “Azəri-Çiraq-Günəşli” blokuna daxil olan “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan təmir işləri və ölkə tərəfindən razılaşdırılmış könüllü neft hasilatının tənzimləməsini nəzərə alınmaq verilib.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

77 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ